Elan saytlarında vətəndaşları aldadan şəxs tutuldu

HADİSƏ 13 avqust 2025, 09:07
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 11:55
Top