“İranda son seçkilərdən sonra Azərbaycan daxil bütün qonşu ölkələrlə dostluq münasibətləri qurmağa çalışır. Çünki prezident seçilərindən sonra yeni prezident Məsud Pezeşkiana ümidlər çoxalmağa başladı.
Amma unutmamalıyıq ki, o dövlət deyil, hökumət başçısıdır”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.
O bildirib ki, Məsud Pezeşkian prezidentli idarəetmə sisteminin başçısı deyil:
“İranda idarəetmə dünyadakı standart idarəetmə sistemlərinin heç birinə uyğun gəlmir. İranın dövlət başçısı, ali rəhbəri isə ayətullah Seyid Əli Xaməneidir. İslam Respublikasının daxil və xarici siyasətinə dair bütün məsələlərlə bağlı qərarı, sərəncamı və tapşırıqları o verir. Prezidentin qəbul etdiyi qərarlar və parlamentin qanunları ali rəhbərin, rəhbərliyin təsdiqindən sonra qüvvəyə minir, icra olunur. Məsud Pezeşkianın İranın Cənubi Qafqaza, Azərbaycana, habelə Zəngəzur dəhlizinə münasibətini dəyişəcək qədər səlahiyyətləri geniş deyil”.
Leyla Turan
Demokrat.az