Tramp keçmiş hökumətin səhvlərini düzəltdi — Deputat

GÜNDƏM 12 avqust 2025, 11:09
"Prezident İlham Əliyevin ABŞ səfəri son illərdə diplomatiya sahəsində qazandığımız ən böyük uğurlardan biridir".

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib. O bildirib ki, Vətən müharibəsində qazandığımız qələbə bizi müzəffər xalq etdi, antiterror tədbirləri isə suverenliyimizi bərpa etmiş oldu:



"Bunların məntiqi sonluğu isə Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşlər oldu. Sülh sənədinin paraflanması, Minsk qrupunun ləğvi kimi məsələlər öz həllini tapdı. Digər məsələ isə ABŞ ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdir ki, bu da Bayden hakimiyyəti dövründə tam korlanmışdı. Biz bilirdik ki, Donald Tramp əvvəlki administrasiyanın buraxdığı səhvləri düzəldəcək. Belə də oldu, iki ölkə arasında strateji tərəfdaşlığa dair sənəd imzalanacaq. Bu, çox vacib məsələdir. Həmin sənəddə çox vacib məsələlər öz əksini tapacaq. 907-ci düzəlişin ləğvi də bu əməkdaşlığa çox böyük təkan vermiş olacaq.

Tramp administrasiyası Azərbaycanla münasibətlərə isti yanaşır, Tramp şəxsən İlham Əliyevə dost kimi yanaşır. Bu da onu deməyə əsas verir ki, zaman keçdikcə ABŞ-Azərbaycan münasibətləri ən yüksək həddə çatacaq".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top