"Hazırda İran Zəngəzur dəhlizinin açılmasına qarşı ən sərt müqavimət göstərən dövlət kimi çıxış eləyir. Xüsusilə də ABŞ-da Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanan sənəddən sonra rəsmi Tehran daha da mövqeyini sərtləşdirməyə başlayıb. Son vaxtlara qədər Ermənistana yaxın münasibətdə olan İran indi Ermənistanı ittiham etməyə başlayıb. Bu da o deməkdir ki, Ermənistan və İran arasında etimad limiti artıq tükənmək üzrədir".
Bu sözləri Demokrat.az-a açqlamasında politoloq Elçin Xalidbəyli deyib.
"Önəmli məqam da ondan ibarətdir ki, İranın özünün daxilində, yəni İranın siyasi elitasında Zəngəzur dəhlizinə yanaşma ziddiyyətli xarakter daşıyır. Yəni İranın ali dini rəhbərinə yaxın olan radikal siyasi düşərgə Zəngəzur dəhlizinin açılmasına tam şəkildə müqavimət göstərməyə çalışır. Onların da timsalında Vilayəti yer alır.Vilayətinin dediklərindən belə çıxır ki, İran istənilən halda Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək.Ancaq hazırda İranın ABŞ tərəfindən dəstəklənən bir layihəyə müqavimət göstərməsi və onun reallaşmasının qarşısını almaq istiqamətində ata biləcəyi addımlar kifayət qədər məhduddur. Bu imkanlar indiki şəraitdə İranın əlində mövcud deyil və bu baxımdan İran üçün bu layihənin qarşısını alma cəhdləri real nəticə verə biləcək səviyyədə deyil".
O bildirib ki, ikinci xətt isə İranda Prezident Pezeşkianın təmsil elədiyi xətdir:
"Bu xəttin təmsilçilərinə görə Zəngəzur dəhlizi dövlətlərin suveren sərhədləri və hüquqları pozulmadan açıla bilər.Yəni onlar sərt müqavimət göstərməyə üstünlük vermirlər.
Bunun özü də nisbətən müsbətə doğru bir məsələdir. Çünki indiyə qədər İran Zəngəzur dəhlizinə münasibətdə vahid mövqedən çıxış edən bir dövlət kimi görünürdü. Ancaq artıq müşahidə olunur ki, İranın siyasi elitasında bu məsələyə ziddiyyətli yanaşmalar mövcuddur və nisbətən loyal yanaşmaq meylləri də müşahidə edilməyə başlayıb. Xüsusilə də Prezident Pezeşkianın təmsil olunduğu siyasi düşərgə Zəngəzur dəhlizi məsələsinin reallaşmasına tolerant yanaşmağa hazır olduğunu göstərir.
Bu baxımdan hesab eləmək olar ki, Zəngəzur dəhlizi ilə bağlı mübahisələr və müzakirələr İranın daxilində də zaman keçdikcə müəyyən ziddiyyətlərin dərinləşməsinə yol aça bilər".
Əfsanə Kamal
Demokrat.az