Azərbaycanla Slovakiya arasında siyasi məsləhətləşmələr

GÜNDƏM 09 avqust 2025, 12:10
Payızda Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

Demokrat.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Avropa İşləri üzrə Dövlət Katibi Marek Eştok "X" hesabında yazıb.

O, məsləhətləşmələrin sentyabr ayında Bakı şəhərində keçiriləcəyini qeyd edib. Slovakiya nümayəndəsi tədbirin keçirilməsini səbirsizliklə gözlədiyini bildirib.

Eştok Azərbaycanın Ermənistanla davam edən sülh danışıqlarını dəstəklədiyini qeyd edib.

"Bu, onilliklərlə davam edən münaqişədən sonra sülhə doğru atılmış vacib addımdır. Slovakiya növbəti addımları dəstəkləyir", - diplomat xüsusilə Vaşinqtonda baş tutacaq görüşə istinad edərək yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top