Bu ərazidə işıq olmayacaq

SOSİAL 06 avqust 2025, 08:35
Şüvəlan qəsəbəsinin bəzi hissələrində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsində avqustun 6-da yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 08:00-dan 15:00-dək qəsəbənin Hacı Mövlan bağları yaşayış massivi, Hacı Aslan Aslanov küçəsi, Suçular məhəlləsi, “İbo market”in ətrafı, Güney Azərbaycan küçəsinin bir hissəsi, “Şüvəlan 16”, “Çöl Şüvəlan-Mərdəkan 53” adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top