Məlum olduğu kimi, Sabirabadda qonşuluqda yaşayan şəxsin azyaşlı uşağa qarşı törətdiyi pedofiliya xarakterli əməllər cəmiyyətdə dərin hiddət doğurub.
Hadisə sosial şəbəkələrdə geniş rezonans yaradaraq gündəm mövzusuna çevrilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb, təqsirləndirilən şəxs barəsində isə cinayət işi başlanaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Bəs, pedofiliya meyilləri olan şəxslərin psixoloji portreti necə olur?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib ki, pedofiliya uşaqlara qarşı edilən ən böyük haqsızlıqlardan biridir. Psixoloq qeyd edib ki, bu, uşaq yaşda olanlara zərər verən davranışlardır:
“Pedofiliya təkcə bir insanın “nəzarətdən çıxmış istəkləri” deyil, həm də uşağın ruhunu, inamını və gələcəyini dağıdan ağır bir psixoloji zorakılıqdır. Pedofiliya 13 yaşdan kiçik uşaqlara qarşı cinsi maraq hiss edən və bu istəklərlə yaşayan insanların yaşadığı bir psixoloji problemdir.
Bu insanlar çox vaxt uşaqla yaxınlıq quraraq onun güvənini qazanır, sonra isə bu güvəni istismar edirlər. Cəmiyyətdə çoxları düşünür ki, pedofillər yalnız tanımadığımız, təhlükəli görünən şəxslərdir. Amma əslində onlar ailə üzvləri, qonşular, müəllimlər, ya da uşağa yaxın olan istənilən şəxs ola bilər. Çünki pedofillər manipulyasiya etməyi, yəni uşağı aldatmağı, qorxutmağı və ya emosional yaxınlıqla aldatmağı yaxşı bacarırlar”.
Samirə İsmayılova vurğulayıb ki, pedofiliya qurbanı olmuş uşaqların çoxu illərlə bu travmanın təsirindən çıxa bilmir:
“Belə uşaqlarda tez-tez kabuslar və qorxular başlayır, özlərini günahkar hiss edirlər. Onlar böyüdükcə yaxınlıqdan və güvəndən uzaqlaşmağa başlayır, öz bədənlərindən utanma halları müşahidə olunur.
Bu travmalar nəticəsində hətta uşaqda depressiya, təşviş və ya intihara meyil yarana bilir. Uşaq bəlkə də danışmır, amma bədən dili, baxışı, davranışları dəyişir. Bu dəyişiklikləri görmək və vaxtında müdaxilə etmək çox vacibdir”.
Psixoloqun sözlərinə görə, belə cinayətlərin arxasında müxtəlif psixoloji səbəblər dayanır:
“Belə ki, pedofiliyaya meyilli şəxslərin bir qismi özləri də uşaqlıqda zorakılığa məruz qalıblar. Onlarda empatiya hissləri zəifdir, yəni qarşısındakının nə hiss etdiyini anlamırlar. Bəzilərində antisosial xarakter xüsusiyyətləri müşahidə olunur. Bu da onlara insanlara zərər verməkdən çəkinməmək kimi davranışları aşılayır.
Bundan əlavə, cinsi məzmunlu materiallara həddindən artıq baxmaq, uşaqları “zəif hədəf” kimi görmək də bu meyilləri gücləndirir. Pedofiliya meyilləri olan şəxslərin müalicəsi müəyyən hallarda mümkündür, lakin bu çox çətin və uzunmüddətli prosesdir.
Müalicədə əsasən psixoloji terapiyalardan istifadə olunur, duyğuların idarə olunması üzərində işlənilir, zərərli istəklərin qarşısını alma yolları aşılanır. Bəzi hallarda isə dərman müalicəsi də tətbiq oluna bilər”.
Samirə İsmayılova bildirib ki, pedofiliya ilə mübarizədə ən əsas yol isə bu cür davranışların baş verməsinin qarşısını almaqdır:
“Ən effektiv yol isə profilaktik tədbirlərdir. Uşaqlarla açıq və yaşlarına uyğun dildə danışmaq lazımdır. Onlara “xeyirli toxunuş” və “pis toxunuş” anlayışları izah olunmalıdır. Valideynlər, müəllimlər və psixoloqlar uşaqlardakı dəyişiklikləri müşahidə etməlidir.
Əgər uşaq qəribə, qorxmuş, narahat davranırsa, bu siqnalı ciddi qəbul etmək lazımdır. Şübhəli hallarda dərhal polisə və ya uşaq hüquqlarını qoruyan təşkilatlara məlumat verilməlidir. Uşaq olmaq qorunmaq deməkdir.
Onların səsi çox zaman zəif çıxır, bəzən isə heç çıxmır. Amma biz böyük olaraq onları eşitməli, qorumağı öhdəmizə götürməliyik. Pedofiliya cəzasız qaldıqca yayılır. Amma biz cəmiyyət olaraq birləşsək, uşaqlar üçün təhlükəsiz və xoşbəxt bir gələcək qura bilərik”.