İstanbulun Sarıyer rayonunda yol kənarındakı meşəlik ərazidə başına qara zibil torbası keçirilmiş və yapışqan lentlə bağlanmış halda tapılan kişi meyitinin Rusiya vətəndaşı Usman Amriyevə (20 yaş) aid olduğu müəyyən edilib. Əlində sıxılmış halda olan və kompüterdə yazıldığı məlum olan rusdilli qeyddə yazılanlar isə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, hadisə ötən gün saat 09:30 radələrində Bahçeköydə baş verib.
Əldə edilən məlumata görə, səhər saatlarında yoldan keçən şəxs meşəlik ərazidə hərəkətsiz halda bir nəfəri görərək polisə xəbər verib. Əraziyə gələn polis və təcili yardım əməkdaşları əraziyə baxış keçirərkən, sözügedən şəxsin həyatını itirdiyini müəyyən ediblər.
Hadisə yeri müayinəsi zamanı 25 yaşlarında olduğu ehtimal edilən kişinin başında qara zibil torbası olduğu və bunun yapışqan lentlə bağlandığı aşkar edilib.
Meyitin yanında rusca yazılmış bir qeyd, içərisində mobil telefon, İstanbul nəqliyyat kartı, pul və müxtəlif əşyaların olduğu qara çanta tapılıb.
Prokurorun ilkin araşdırmasından sonra həmin şəxsin boğularaq öldürüldüyü ehtimalı ilə cəsəd Məhkəmə-Tibb Ekspertizasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlayan polis çantadakı otel otağına aid giriş kartından istifadə edərək mərhumun qaldığı hoteli müəyyənləşdirib.
Araşdırma nəticəsində onun Rusiya vətəndaşı Usman Amriyev olduğu müəyyən edilib. Əlindəki qeyd isə kompüterdə yazılmış bir məktub şəklində olub.
Qeyddə bunlar yazılıb: "Sahomenan, ümid edirəm bu sözlər heç vaxt əlinə keçməz. Çünki mənə qarşı böhtan atılacaq, onlara inanma. Əgər bu məktub sənin əlinə keçibsə, deməli mən ölmüşəm. And içirəm ki, mən sadəcə haqqı axtardım, hər şey boşa çıxdı. Elm sahiblərindən biri kimi tarixə düşə bilməyəcəyəm. Mənimlə bağlı kitablar yazmayacaq, amma hər kəs öz cəzasını çəkəcək. Xahiş edirəm ki, mənə itaətkar damğası vurulmasına icazə verməyin".
Qeydin sonunda Qurani-Kərimin "Bəqərə" surəsinin 153-cü ayəsinin ərəb hərfləri ilə yazıldığı müəyyən edilib.
Əldə edilən məlumatlar əsasında araşdırmalar genişləndirilib. Polis hadisənin intihar, yoxsa qətl olma ehtimalını araşdırır.
Jalə
Demokrat.az