Yardımlı rayonunda həmkəndlilər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Kürəkçi kəndi ərazisində yerləşən “Qurukolat” adlanan yerdə baş verib.
Kənd sakini, 1988-ci il təvəllüdlü Samir həmin yerdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş narazılıq zamanı ağac parçası ilə həmkəndlisi Naibə vurub. Ona döş qəfəsinin arxa hissəsinin yumşaq toxumalarının əzilməsi nəticələnən xəsarətlər yetirib.
Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, hadisə günü saat 12-13 radələrində Yardımlı rayonu Kürəkçi kəndi ərazisində yerləşən ərazidə şəxsi təsərrüfatında olan heyvanları otararkən həmkəndlisi Naibin orada olan gölün yanında yeyib-içdiyini, onun anasını və bacısının adını çəkərək söyüş söydüyünü görüb:
“Mən zərərçəkmiş şəxsin yanına getdim. Məni gördükdən sonra da söyüş söyməkdə davam etdiyini gördüm. Bu zaman əsəbləşərək əlimdəki ağac parçası ilə onun kürək nahiyəsinə 3-4 dəfə zərbə vurdum. Bundan sonra Naibin qardaşının yanına getdim. Qardaşına Naibin ailə üzvlərinin ünvanına söyüş söydüyünə görə vurduğumu bildirdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Naibin sözlərinə görə, şəxsi təsərrüfatında olan heyvanları Yardımlı rayonu Kürəkçi kəndi ərazisində otarıb və saat 12-13 radələrində həmin heyvanları su içmək üçün yaxınlıqda olan gölün yanına aparıb:
“Həmin vaxt özümdə yemək yeməyə başladım. Təqsirləndirilən şəxs mənimlə mübahisə etmək üçün heyvanlarımı öz torpaq sahəsinə tərəf yönləndirdi və yemək yeyən zaman arxadan gələrək kürək nayihəmə zərbələr endirdi. Mən Sahibin arxadan gəldiyini görməmişəm. Daha sonra təqsirləndirilən şəxs yaşadığımız kəndə doğru getdi. Kəndin yaxınlığında qardaşım Sahib ilə rastlaşıb. Sahibə “eşşəyini öldürüb atdım suya, get, leşin gətir” deyib. Bir az keçəndən sonra qardaşım yanıma gəldi və qoluma girərək məni yaşadığım evə apardı”.
Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası təyin edilib.
Fariz Məlikli
Demokrat.az