Nigarla qalmaqal yaşayan Fərqanə Qasımova "Heysiyyəti olmayanla şəxsi məsələm olmaz" dedi, sonra sildi...

GÜNDƏM 29 iyul 2025, 12:44
Əməkdar artist Fərqanə Qasımova növbəti paylaşımı ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, F.Qasımova paylaşımında bu sözləri yazıb: "Aslandan soruşublar ki, heysiyyət məsələsimi, şəxsi məsələsimi? Aslan "Heysiyyəti olmayanla şəxsi məsələm olmaz" deyib".

Əməkdar artist bir neçə saat sonra paylaşımını silib.

Qeyd: F.Qasımova ilə "Avroviziya 2011"in qalibi Nigar Camal arasında qalmaqal  yaşanıb. N.Camalın müzakirə olunan festival geyimini tənqid edənlər arasında F.Qasımova da olub. O, Nigarın sözügedən geyimdə olan fotosuna “Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır” şərhini yazıb. Nigar isə onun barəsində "Hicab taxıb, bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır" deyib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top