"Neftçi" bu gün Yunanıstan klubu ilə qarşılaşacaq

İDMAN 27 iyul 2025, 09:56
"Neftçi" Polşada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq. Paytaxt təmsilçisi Yunanıstanın "Asteras" klubu ilə qarşılaşacaq.

Demokrat.az xəbər verir ki, oyun Polşanın Keltse şəhərində yerləşən Pilkarski stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Komandaların qarşılıqlı razılığına əsasən oyun canlı yayımlanmayacaq.

Qeyd edək ki, "Neftçi" bu toplanışda daha əvvəl İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Polşanın "Termalika" (2:2) klubları ilə heç-heçə edib. Komanda hazırlıq çərçivəsində son yoxlama matçını avqustun 1-də Kiprin AEL klubu ilə keçirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top