"İkili diplom proqramları çox əhəmiyyətlidir" — AÇIQLAMA

GÜNDƏM 25 iyul 2025, 17:14
"İkili diplom proqramları ali təhsil sistemində çox əhəmiyyətlidir. Çünki bir universitet başqa inkişaf etmiş ölkələrdəki universitetlərin təcrübələrini qazanmış olur".

Bu sözləri Demokrat.az -a təhsil eksperti Qoşqar Məhərrəmov deyib.

"Bu bizim universitetlərimiz üçün çox xeyirlidir. Çünki bu yolla  bizim ali təhsil sistemindəki professor, müəllim heyəti Qərbin inkişaf etmiş ölkələrinin və ya Şərqin inkişaf etmiş ölkələrinin müsbət təcrübələrini görmüş olur, izləyə bilir, onların silabuslarını, dərslərin məzmununu, kitablarını müşahidə edir, son trendləri, təhsildəki yenilikləri görə bilir. Bu həm müəllimlər, həm də tələbələr üçün də əhəmiyyətlidir. Çünki tələbələr sadəcə ölkənin, Azərbaycanın təcrübəsi ilə kifayətlənmir, eyni zamanda, xarici ölkələrin də təcrübəsini görmüş olur, həm onlardan dərslər alır, həm öz təhsil aldığı yerli universitetdə təhsil alır. Bu mənada iki fərqli ölkənin ali təhsil müəssisəsinin təcrübəsini qazanmış olur. Bu baxımdan universitetlərin ali təhsil sisteminin inkişafı, eyni zamanda tələbələrin rəqabətə davamlılığı üçün ikili diplom proqramlarının əhəmiyyətini vacib hesab edirəm".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top