Rusiya Bakıda çevriliş arzulayır, amma özü dağılır — VİDEO

GÜNDƏM 25 iyul 2025, 17:08

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə ənənəvi görüşü Şuşada deyil, bu dəfə azad edilmiş Xankəndində baş tutdu. Forum iştirakçıları dövlət başçısına onları maraqlandıran sualları məhz buradan ünvanladılar. Bu görüş artıq neçə gündür ki, (bunu deməkdən çəkinmirik) dünya ictimaiyyətini silkələməkdə davam edir. Bəli, məhz dünya ictimaiyyətini! Çünki Prezident İlham Əliyevin çıxışına həm Kreml, həm də Ağ Ev səviyyəsində reaksiya verildi, internet və sosial şəbəkələr isə ekspertlərin hərtərəfli təhlil və şərhləri ilə dolub-daşdı.

Demokrat.az xəbər verir ki, ən böyük rezonans təbii ki, Rusiya və Ukrayna mediasında qeydə alındı.

Çünki hər iki ölkənin diqqəti prezidentin məşhur ukraynalı jurnalist Dmitri Qordonun səsləndirdiyi suala cavabına və digər ukraynalı jurnalist Alena Kurbanovanın öz vətəninin silahlı qüvvələrinə məxsus şevronlardan ibarət kolleksiyanı dövlət başçısına təqdim etdiyi qısa kadrlara yönəlmişdi.

Bu iki epizod həm Rusiya, həm də Ukrayna cəmiyyətində tam əks qütblü, demək olar ki, “ağ-qara” reaksiyalarla qarşılandı və müxtəlif şərhlərə səbəb oldu.

Daha ətraflı caliber.az saytının videomaterialında:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top