"Əli Kərimli də, Cəmil Həsənli də Rusiya ilə əməkdaşlıq edir" — Deputat

GÜNDƏM 25 iyul 2025, 16:46
“Məlumdur ki, dağıdıcı, qaragüruh, radikal və milli xəyanətkar olan Əli Kərimli də, Cəmil Həsənli də, digərləri də Azərbaycan dövlətçiliyinə qarşı yönələn bütün qüvvələrlə əməkdaşlıq edirlər, bundan sonra da etməyə cəhd edəcəklər. Lakin bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki cəmiyyət artıq daha möhkəmdir. Bu gün Azərbaycan vətəndaşları ilə iqtidar arasında birlik var, eyni bir məqsəd, amal var”.

Bunu Demokrat.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib. Rusiyanın Azərbaycan cəmiyyətinə hər hansı təsir cəhdlərindən danışan deputat bildirib ki, bu, baş tutmayacaq:

“O ki qaldı Rusiyanın Azərbaycana qarşı hər hansı bir cəhdinə, hər hansı emissiyanın ölkəmizə göndərilməsinə, bu, mümkün olan deyil. Azərbaycanın hüquq-mühafizə orqanları bu kimi mərkəzlərin və bu mərkəzlərə xidmət edənlərin ifşasını vaxtında həyata keçirir. Azərbaycan dövlətçiliyinin əleyhinə yönələn qüvvələrin cəmiyyətə və dövlətə təsir etmək üçün heç bir gücü yoxdur”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top