Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərə ağır cəza

HADİSƏ 25 iyul 2025, 12:08
Özlərini vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadaraq pullarını mənimsəməkdə təqsirləndirilənlər İlkin Babayev, Eldar Muradov və Mobil Həsənzadənin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Demokrat.a
z oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən son prosesdə hökm oxunaraq Mobil Həsənzadə 7 il 10 ay, İlkin Babayev 8 il 9 ay azadlıqdan məhrum edilib. Eldar Muradova isə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

İstintaqla müəyyən edilib ki, İlkin Babayev, Eldar Muradov, Mobil Həsənzadə və digərlərinin qabaqcadan əlbir olub özlərini müxtəlif dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təmin olunma, hüquq-mühafizə orqanlarında aparılan araşdırmaların dayandırılması, elmi dərəcələrin verilməsi və digər məsələlərin həllində köməklik göstərəcəklərinə dair yalan vədlər verərək ayrı-ayrı şəxslərin ümumilikdə 712 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında həmin şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı vurulmuş ziyanın bir qisminin ödənilməsi təmin edilib.

Qeyd edək ki, təqsirləndirilənlərdən Mobil Həsənzadə va İlkin Babayev barəsində həbs qətimkan tədbiri, Eldar Muradov barəsində isə həbs olmayan qətimkan tədbiri seçilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top