Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi

İDMAN 23 iyul 2025, 16:14
“Serik Belediyespor”un səhmlərinin 50 faizinin sahibi olan azərbaycanlı iş adamı Tufan Sadıqov oğlunu kluba transfer edib.

Demokrat.az xəbər verir ki, İlya Sadıqov 1-ci Liqa təmsilçisinin formasını geyinəcək. 24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

“Serik Belediyespor”un baş məşqçisi Sergey Yuran da oğlunu komandaya gətirib. 28 yaşlı sağ cinah müdafiəçisi 2025/2026 mövsümündə Antalya təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, “Sedrik Belediyespor” ötən mövsüm 2-ci Liqada qalib olub və 1-ci Liqaya yüksəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
Top