Kəmaləddin Heydərov dünya çempionunu rəis təyin etdi — FOTO

DAXİLİ SİYASƏT 23 iyul 2025, 16:10
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində yeni kadr təyinatı baş tutub.

Demokrat.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət baş leytenantı Orxan Mehdiyev  Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 19 nömrəli Yanğından Mühafizə bölməsinin növbə rəisinin köməkçisi vəzifəsindən azad edilib.

Digər əmrlə, Orxan Mehdiyev Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Texnika üzrə rəis müavini təyin edilib.

Xatırladaq ki, Mehdiyev Orxan Kung-fu sanda üzrə dünya çempionudur. 2016-cı ildə Avropa çempionatında erməni idmançıya qalib gəlmişdir.

2019 və 2023cü ildə Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubu və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
Top