"Bir müddət öncə bu məsələ Milli Məclisdə də müzakirə olundu və məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı qərar qəbul edildi. Əvvəllər bu proses yalnız məktəblərdə həyata keçirilə bilirdi. İndi isə özəl məktəblərdə də bu proses həyata keçiriləcək".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, söhbət məktəbəqədər təhsil sahəsində görüləcək işlərdən gedir:
"Bu addım təhsilin əhatə dairəsinin genişlənməsi, daha çox insanın təhsil almasını təmin edəcək. Azərbaycan təhsilinin başında duran vəzifələrin yerinə yetirilməsi baxımından da bu məsələ xüsusi önəmə malikdir. Biz bu addımalarla daha çox gəncin prosesə cəlb edildiyinin şahidi olacağıq. Cənab prezidentin sərəncamı da bu məsələlərə xidmət edir".
Qeyd edək ki, sərəncama əsasən, məktəbəqədər təhsil prosesi artıq yalnız məktəb daxilində həyata keçirilməyəcək.
Əfsanə Kamal
Demokrat.az