"Epi" ləqəbi ilə tanınan reper həbs edildi — YENİLƏNİB

ŞOU-BİZNES 16 iyul 2025, 18:10
Polis tərəfindən saxlanılan "Epi" ləqəbli reper Əkbər Novruzlu barəsində həbs qətimkan tədbiri seçilib.

Demokrat.az
Oxu.Az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Novruzlu 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

***
17:28

Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan "Epi" ləqəbli reper Əkbər Novruzlunun saxlanma səbəbi məlum olub.

Demokrat.az
Oxu.Az-a istinadən xəbər verir ki,  araşdırmalarla Ə.Novruzlunun narkotik vasitə istifadəçisi olduğu üzə çıxıb.

O, həmin fakta görə saxlanılıb.

***
14:04

"Epi" ləqəbli reper Əkbər Novruzlu saxlanılıb.

Demokrat.az
Oxu.Az-a istinadən xəbər verir ki,  Ə.Novruzlu barədə paytaxtda açıq havada təşkil olunan tədbirdə söyüşlə rep dediyi üçün polisə şikayət olunub.

Şikayət əsasında o, polisə dəvət edilib və saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 iyul 2025, 21:38
Top