Qızılın ucuzlaşması nə vaxta kimi davam edəcək? — AÇIQLAMA

İQTİSADİYYAT 14 iyul 2025, 16:45
"Proqnozlaşdırıla bilməyən iqtisadi mühit, qlobal güclər arasında fikir ayrılığı, geosiyasi münasibətlərin gərginləşməsi, ABŞ-nin yeni adminstrasiyasını heterodoks siyasəti kimi faktlar fonunda qızılın bahalaşması baş verir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki hadisələr, Çin-Tayvan münasibətləri, İran-İsrail konflikti də qızılın qısa müddətdə sərt şəkildə bahalaşmasına səbəb oldu".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. 

Ekspert bildirib ki, hazırda ucuzlaşma prosesi gedir:

"Bu, bir növ korreksiya kimi qələmə verilsə də, sadaladığım məsələlərdə yumşalmaların olması da buna təsirsiz ötüşmür. ABŞ-nin rüsumlarla bağlı müddəti 3 ay daha uzatması, İran-İsrail konfiliktinin dayanması, Qəzzada atəşkəslə bağlı anlaşmanın əldə olunması ehtimalı sonraki proseslərdə ucuzlaşma əsaslı qərar qəbul etmək mexanizmlərinin qəbul edilməsi mümkündür. Artıq bu istiqamətə yönəlmiş insvestisiyaların bir qismi geri çəkilməkdədir. 

Qızıl bazarından çəkilən vəsaitlərin bir qismi kriptovalyuta bazarına yönəlir. Rəqəmsal şirkətlərə meyillər artmaqdadır. Bu fonda qızılın qiymətində azalma müşahidə edirik. Bundan sonra məsələlərin hansı istiqamətdə cərəyan edəcəyi önəmlidir. Geosiyasi mühit stabilləşərsə, qlobal iqtisadiyyatla bağlı proqnozlar müsbətə doğru dəyişərsə, ucuzlaşma davam edəcək. Əks halda qızıl yenidən bahalaşacaq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top