“Bu məsələ uzun müddətdir ki, cəmiyyətdə müzakirə olunur. Sevindirici haldır ki, artıq bir sıra rayonlarda yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində addımların atıldığını görürük. Artıq görürük ki, insanlar özləri də yas mərasimlərinin ifrat formada keçirilməsinə reaksiya verirlər. Bu tendensiya çox yaxşıdır”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu məsələni iki yolla həll etmək olar:
“Birincisi, insanların özünün şüurlu formada buna getməsi – ən doğrusu budur. İnsanlar özləri şüurlu formada bu cür israfçılıqdan imtina etməlidirlər. İkinci yol isə ondan ibarətdir ki, inzibati qaydada bu məsələ həllini tapsın. Bu, insanlar tərəfindən birmənalı qəbul edilməyəcək, insanların narazılığı olacaq.
Ona görə mən düşünürəm ki, biz daha çox maarifləndirməyə yol verməliyik. Təbliğat önəmlidir, inzibati yolları insanlar yaxşı qəbul etmirlər. Çünki düşünürlər ki, bu, onların həyatına müdaxilədir.
Ümid edirəm ki, yavaş-yavaş bütün bölgələrimiz bu prosesə qoşulacaqlar və bunun ciddi töhfəsini görəcəyik”.
Cavidan Mirzəzadə
Demokrat.az