Bakıda yeni park salınır — FOTOLAR/VİDEO

SOSİAL 01 dek 2019, 17:27

Xətai rayonunda yerləşən Nəsrəddin Tusi küçəsində abadlıq, quruculuq işləri davam edir. 


Bu barədə Cebhe.info-ya rayon sakinləri məlumat verib.


Məlumata görə, “Movida Plaza” şadlıq sarayının yaxınlığında yerləşən bina evlərinin həyətində qanunsuz tikililər sökülüb, ağaclar budanıb, zibil daşınıb, əraziyə yeni bitki və ağaclar əkilmək üçün topraq tökülüb. 


N.Tusi küçəsinin sakini Zakir Hüseynovun verdiyi məlumata görə, ərazidə böyük istirahət parkı salınacaq, uşaqlar üçün əyləncə qurğuları yaradılacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 apr 2024, 11:50
Top