"Telefonunuzu izləmək üçün texniki tərəfdən telefonunuza əvvəlcədən casus proqram yüklənə bilər. Telefon sahibi öz razılığı ilə izləmə tətbiqini qurubsa (məsələn, valideyn nəzarəti üçün), bu halda başqaları telefonu izləyə bilər. Telefon fiziki olaraq ələ keçirilibsə, izləmək mümkündür. Amma bu üsullar asanlıqla antivirus və təhlükəsizlik proqramları ilə aşkarlanır. "Apple" və "Google" bu tip tətbiqləri müntəzəm olaraq bloklayır və istifadəçini xəbərdar edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib.
O bildirib ki, real olaraq isə sosial şəbəkələrdə və ya "Telegram" qruplarında “başqasının telefonunu canlı izlə”, “kim kimlə yazışır bil” kimi vədlər fırıldaqçılıqdır:
"Onlar vətəndaşlardan pul alıb heç nə etmirlər.Linklərə klikləsəniz və ya proqram yükləsəniz, öz telefonunuzu təhlükəyə atmış olacaqsınız. Bu tip "xidmətlər"ə inanan şəxslər sonradan öz telefonlarının izlənildiyini belə görə bilər".
Qeyd edək ki, son dövrləe sosial şəbəkələrdə pul qarşılığında başqasının telefonunu izləməyin mümkün olduğunu vəd edən şəxslər peyda olub.
Əfsanə Kamal
Demokrat.az