"Son dövrlər su çiçəyinə (varisella) yoluxma halları artmaqdadır. Su çiçəyi Varicella-zoster virusu ilə törəyən, əsasən uşaqlarda rast gəlinən və hava-damcı yolu ilə yayılan çox yoluxucu bir xəstəlikdir. Yoluxma əsasən xəstə şəxsin öskürməsi, asqırması zamanı havaya yayılan damcılar vasitəsilə, yaxud xəstənin dərisindəki sulu səpgilərlə birbaşa təmas nəticəsində baş verir. Bəzən virusla çirklənmiş əşyalarla da yoluxma mümkündür. Xəstəlik səpgilər çıxmazdan təxminən 1-2 gün əvvəl başlayır və səpgilər qabıq bağlayana qədər yoluxuculuq davam edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında pediatr Aytən Ziyadova deyib.
O bildirib ki, uşaq bağçaları, məktəblər və digər qapalı kollektivlərdə yayılma riski xüsusilə yüksək olur:
Peyvənd su çiçəyi üçün çox effektiv qoruyucu tədbirdir. Peyvənd olunan uşaqların yoluxma riski 80–90% azalır və əgər xəstəlik baş verərsə, çox yüngül, fəsadsız keçir. Peyvənd həmçinin ağırlaşmaların — məsələn, dəri infeksiyaları, sətəlcəm, ensefalit və digər ciddi fəsadların qarşısını alır. Adətən peyvənd uşaqlara 12–15 aylığında vurulur və 4–6 yaş arası ikinci doza ilə tamamlanır, lakin bu, ölkənin peyvənd təqviminə görə dəyişə bilər.
Vurğulamaq vacibdir ki, peyvənd edilməmiş və ya immuniteti zəif olan uşaqlarda xəstəlik daha ağır keçir. Xəstələnən uşaqlar kollektivdən uzaqlaşdırılmalı və ev şəraitində dincəlməlidir. Su çiçəyi ciddi xəstəlik kimi qiymətləndirilməsə də, düzgün yanaşma və peyvəndlə fəsadların qarşısını almaq mümkündür".
Əfsanə Kamal
Demokrat.az