Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib

GÜNDƏM 10 iyul 2025, 11:05
Artıq sertifikatlaşdırma prosesinin növbəti mərhələsi uğurla başa çatıb.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, gələn il bütün müəllimlərin sertifikatlaşdırma prosesindən keçməsi təmin ediləcək.

Sertifikasiyanın 2022-ci ildən başladığını xatırladan nazir ümumilikdə bu proses çərçivəsində 8 minə yaxın müəlliminin fəaliyyətinə xitam verildiyini diqqətə çatdırıb.

"İmtahanda 30 suala cavab verən müəllimin Azərbaycan məktəbində fəaliyyət göstərməsi düzgün deyil”, - Emin Əmrullayev əlavə edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top