"2000-ci illərin əvvəllərindən Bakı şəhərində tikinti işləri başladı, urbanizasiya yüksək templə inkişaf etdi. Bu, Bakı və digər iri şəhərlərə kənd əhalisinin axın etməsinə səbəb oldu. Belə şəraitdə şəhər strukturunun bu templərə cavab verməsi gündəmə gəldi. Tıxac, sosial və kommunal problemlərin fəaliyyətində çətinlik, su təchizatı problemləri yarandı".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O bildirib ki, hökumət böyük səylər hesabına problemləri bir qədər azalda bildi, geniş infrastruktur yaratdı:
"Ancaq sıxlıq məsələsi hər zaman gündəmdə qaldı. Müxtəlif dairələr, təşəbbüs qrupları tərəfindən paytaxtın köçürülməsi təklifi irəli sürülür. Paytaxtın köçürülməsi istənilən dövlət üçün böyük maliyyə yüküdür. Qazaxıstanda Astana şəhəri sıfırdan quruldu. 2010-cu ildə xərclənən vəsaitin həcminin təxminən 15-16 milyard dollar olduğu bildirildi.
Azərbaycan üçün də paytaxtın köçürülməsi genişmiqyaslı iş olar. Siyasi, iqtisadi bir sıra amillər var ki, paytaxtın köçürülməsinə təsir edə bilər. Tarixi, coğrafi-strateji amillər, təhlükəsizlik amili, ekoloji səbəblər, sosial, mədəni işlər paytaxtın köçürülməsini zəruri edə bilir".
Deputatın sözlərinə görə, Azərbaycanda paytaxtın köçürülməsi zaman-zaman gündəmə gətirilir və dünyadakı bir çox modellər nümunə götürülə bilər:
"İstənilən halda belə bir zərurətlə bağlı fikiri ixtisaslaşmış qurumlar bildirə bilər. Şəhərsalma və digər qurumlar öz mövqeyini açıqlamalıdır. Sadaladığım amillər çoxluq təşkil etmirsə, xərclənəcək vəsait paytaxtın köçürülməsi ilə müqayisədə daha azdırsa, lokal addımlar atmaq lazımdır. Düşünürəm ki, bu ölkə rəhbərliyinin diqqətində olan məsələdir.
Aidiyyatı qurumlar tapşırıq verilən zaman məsələyə peşəkar mövqeyini açıqlayar. Bu, zamanın ixtiyarına buraxılmış məsələdir. İndiki şəraitdə paytaxtın köçürülməsinə təsir edəcək amillərin aradan qaldırılması üçün görüləcək işlər mövzunun bir qədər arxa plana atılması ilə nəticələnə bilər.
Regionların inkişaf etdirilməsi urbanizasiyanın qarşısını ala biləcək məsələdir. Kənd əhalisinin sayının artırılması üçün regionlarda böyük işlər görülür. Bu isə 3-5 ilin işi deyil. Uzun zaman alacaq və Bakıda əhali sayının azaldılmasına səbəb olacaq".
Əfsanə Kamal
Demokrat.az