Azərbaycanlı bəstəkar vəfat etdi

MƏDƏNİYYƏT 06 iyul 2025, 10:56
Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu vəfat edib.

Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. 

Bildirilib ki, Ruslan Əhmədoğlu Türkiyədə istirahətdə olarkən qəfil səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, R.Əhmədoğlu mərhum prokuror Əhməd Həsənovun oğludur. O, bir çox mahnının bəstəkarıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top