Şəki Dövlət Dram Teatrında “Dar ağacı” tamaşasının ictimai baxışı keçirilib — FOTOLAR

MƏDƏNİYYƏT 06 iyul 2025, 13:28
3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncama və Mədəniyyət Nazirinin 7 aprel 2025-ci il tarixli, yubileyə dair Tədbirlər Planına əsasən, Şəki Dövlət Dram Teatrında Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin müəllifi olduğu “Dar ağacı” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın ictimai baxışı keçirilib.

Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə və yadelli işğalçılara qarşı apardığı azadlıq mübarizəsi səhnələşdirilir.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədovdur. Musiqi tərtibatı bəstəkar, SSRİ Xalq artisti Aqşin Əlizadəyə, mahnıların bəstəsi Xatirə Orucovaya, səhnə döyüşlərinin quruluşu Sahib Novruzova, baletmeyster işi Çingiz Novruzəliyevə, vokal hazırlığı isə Fərqanə Salamovaya məxsusdur.

Səhnə əsərində Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullayev və Cavidan Eminov (ərəb əsgərləri) çıxış ediblər.

Tamaşadan əvvəl qonaqlar teatrın foyesində Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən və kitablarından ibarət sərgi ilə tanış olublar.















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top