""Green card" məsələsini müsbət ümumiyyətlə qarşılamıram. İnsanlar bunu öz uğurları kimi qiymətləndirsə də, sırf Amerikanın maraqlarına, intellektual insan potensialının artırılmasına hesablanmış siyasətdir. Azərbaycan kimi ölkələrdən hər il "Green card" üçün minlərlə müraciətlər olur. İnsanların təsadüfən seçildiyi deyilsə də, buna inanmıram. Onların potensialları dəyərləndirilir və çox sayda şərtlər irəli sürülür".
Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O, bunun ödənişli olmasını müsbət qarşıladığını bildirib:
"İnsanlarımız ölkəmiz üçün yaşamalı, işləməli, qazanmalıdır. Onlar üçün şərait yaradılmalıdır. Tramp adminstrasiyası seçki öncəsi verdiyi vədə əməl edərək, miqrantlara qarşı siyasət aparır. "Green card" da dolayı yolla miqrant cəlb etmək üçün metoddur. Növbəti dəfə Demokratlar qalib gəlsə, "Green card" yenidən ödənişsiz ola bilər. Pullu olduğu müddətcə ölkəmizdən "beyin axını" olmayacaq, insanlar öz potensiallarını ölkəmiz üçün sərf edəcəklər. Şərait yaradılmalı, insanlar yad yerdə uğur qazanmaq dalınca qaçmamalıdır. Əks halda insanlar bir yolla miqrant olmağa can atacaqlar və Azərbaycan belə ölkələrdən olmamalıdır.
Qeyd edək ki, oktyabr ayından etibarən "Green card" üçün müraciətlərin ödənişli olmasına qərar verilib.
Əfsanə Kamal
Demokrat.az