Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir

XARİCİ SİYASƏT 04 iyul 2025, 14:18
ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir.

Demokrat.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

Onun sözlərinə görə, İrana hücumlar nəticəsində çox böyük insan və maddi itkilər oldu:

"Təbii ki, silahlı qüvvələrimiz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 57-ci maddəsinə uyğun olaraq, İranın şərəfli xalqını, onun milli suverenliyini, ölkənin ərazi bütövlüyünü qanuni şəkildə müdafiə edərək bölgədə müharibənin yayılmasının qarşısını aldı”.

İran Prezidenti region ölkələrinin rəsmilərinin, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin son böhran zamanı tutduğu mövqeyə görə təşəkkürünü bildirib:

"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici Əlaqələr Şurasının son iclasından indiyədək bir çox regional, qlobal təşkilat və bloklar İran İslam Respublikasına qarşı hücumları pisləməkdə qəti mövqe nümayiş etdirməyib. ECO sammiti son hücumların pislənilməsi üçün fürsətdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 iyul 2025, 19:36
04 iyul 2025, 18:17
Top