Mikayıl Cabbarov Pakistan rəsmiləri ilə görüşdü

İQTİSADİYYAT 04 iyul 2025, 19:03
Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Demokrat.az-
ın məlumatına görə, görüşdə vurğulanıb ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, qarşılıqlı sərmayələrin fəal təşviqi və ölkələrimizin biznes subyektləri arasında işbirliyinin perspektivlərini müzakirə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 00:03
04 iyul 2025, 20:29
Top