İqtisadiyyat

Mikayıl Cabbarov Pakistan rəsmiləri ilə görüşdü

Mikayıl Cabbarov Pakistan rəsmiləri ilə görüşdü

Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Demokrat.az-ın məlumatına görə, görüşdə vurğulanıb ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, qarşılıqlı sərmayələrin fəal təşviqi və ölkələrimizin biznes subyektləri arasında işbirliyinin perspektivlərini müzakirə ediblər.

NE
Nihadə Eyyubova