Gərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… — Aqil Ələsgər “CNN Türk”də şərh etdi

MEDİA 04 iyul 2025, 19:40
Təyyarə Qəzası, Deputatın deportasiyası, Azərbaycanlılara zorakılıq: "Partlama nöqtəsi gəlmişdi”
 
Bunu Türkiyənin nüfuzlu CNNTürk telekanalına müsahibəsində Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

O, son günlər gərginləşən Rusiya-Azərbaycan münasibətləri ilə bağlı Türkiyənin nüfuzlu jurnalistlərinin suallarını cavablandırıb.

A.Ələsgər qeyd edib ki, "Rusiyanın OMON polis qüvvələri tərəfindən Yekatirnburqda azərbaycanlıların yaşadığı yerlərə basqını bardağı daşıran son damla oldu. Təyyarə qəzası, ardından deputatımızın Rusiyaya buraxılmaması onsuz da münasibətlərin gərgin olduğunu göstərirdi. Son hadisələr rus rəsmilərinin Qafqazdakı son müttəfiqlərini də itirməyi gözə aldıqlarını göstərir. Azərbaycan aydınları da haqlı olaraq, Rusiya ilə mədəni əlaqələrin tamamilə kəsilməsini və rus dili ilə bağlı qəti qərar tələb edirlər”.
 
Ətraflı videomaterialda:

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 iyul 2025, 20:29
Top