Ölkə ərazisində müşahidə edilən küləkli hava şəraitinə görə Bakı şəhəri ərazisində iki ağac aşıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, birliyin operativ qrupları tərəfindən ünvanlarda tədbirlər görülüb, aşan ağaclar ərazidən uzaqlaşdırılıb.
Qeyd edilib ki, ağacların aşması ilə bağlı birliyə ümumilikdə yeddi müraciət daxil olub. Onlardan beşi ağacların budaqlarının sınması ilə əlaqədar olub.
Xatırladaq ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Culfada 21, Neftçalada 20, Naftalan və Mingəçevirdə 18 m/s-dək güclənir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.