"Kondisioner azyaşlılarda xəstəlik yaratmır. Ancaq köhnə, təmizlənməmiş və nəmli filtlər, havalandırma sistemində toplanan bakteriya və göbələklər havaya qarışaraq nəfəs yolu ilə ağciyərlərə gedə bilər. Pnevmaniyaya səbəb olan əsas bakteriya "legionella pneumophila"dır".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış pediatr Günay Rəsulova deyib.
O bildirib ki, bu bakteriya su əsaslı kondisioner sistemlərində çoxalır və səbəb olduğu xəstəlik ciddi pnevmoniyadır:
"Uşaqlarda, allergik insanlarda, immun sistemi zəif olanlarda öskürək, tənəffüs yollarının çətinliyi, hərarət yaranır.
Buna görə də valideynlərə hər ay kondisionerin filterini təmizlətməyi məsləhət görürük.
Əgər şübhə varsa, mütləq texniki baxış aparılmalı, kəskin qoxu, nəm olan zaman uşaqlar uzaqlaşdırılmalıdır. Kondisioner yay ayların azyaşlılara xəstəlik yox, rahatlıq gətirməlidir".
Əfsanə Kamal
Demokrat.az