Müğənni Nura Suri Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində soydaşlarımız qətlə yetirilməsi, onlarla insan saxlanılması səbəbi ilə bəzi tədbirlərin ləğv edilməsinə münasibət bildirib.
Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, o bu haqda sosial şəbəkədə yazıb.
Nura Suri Mədəniyyət Nazirliyinin qərarını doğru adlandırıb:
“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.
Bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalarına müraciət edə bilərlər.
Emin Ağalarovun keçirtdiyi DREAM FEST festivalının proqramında dəyişiklik oldu. Emin Ağalarov öz Instagram səhifəsində bu haqda açıqlama paylaşdı.
Bu, çox doğru bir qərardır”.