"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb — VİDEO (YENİLƏNİB)

HADİSƏ 27 iyun 2025, 00:08

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə Demokrat.az-a FHN-dən bildirilib.

2025-06-26 23:54

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Demokrat.az-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***23:46

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

Demokrat.az
xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.

***23:26

Bakıda güclü partlayış baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.

Bildirilib ki, hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.

Əlavə məlumat veriləcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top