İyunun sosial yardımları bu gün ödənildi

SOSİAL 26 iyun 2025, 11:09
Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını bu gün ödəyib.

Demokrat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, iyunun 5-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyunun 21-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top