Pezeşkian: “Qətər Tehran üçün qardaş ölkə olaraq qalır”

DÜNYA 24 iyun 2025, 18:53
İran prezidenti Məsud Pezeşkian Qətər əmiri Təmim Əl Tani ilə söhbətində bildirib ki, əmirlik İran üçün həmişə qardaş ölkə olacaq. 

Demokrat.az
 xəbər verir ki, bu barədə əmirin ofisi məlumat yayıb.

O, Qətər dövlətinin qonşu müsəlman və qardaş ölkə olaraq qalacağını vurğulayaraq, iki ölkə arasında münasibətlərin hər zaman dövlətlərin suverenliyinə hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanacağına ümid etdiyini bildirib.

İyunun 23-də İran ordusu Qətərə doğru 6 raket, Qələbə müjdəsi əməliyyatı çərçivəsində Birləşmiş Ştatların hərbi bazalarının yerləşdiyi İraq ərazisinə isə daha bir raket atıb. 

Əfsanə Kamal
Demokrat.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top