"Əvvəl qonaqlara baxmırdıq, kim olur olsun gedib musiqini təbliğ edirdik. Amma statusundan böyük danışanlar var. Biz ustadlarımızdan misal çəkirik. Bir efirdən sonra qənaətə gəldim ki, dəvət alanda orada başqa qonaqların kimliyi ilə maraqlanacağam".
Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayaramov "Günə bax" verilişində deyib. Muğam ifaçısı verilişlərdən şikayətlənib:
"Əsas deyil bizim janrda oxuyan qonaq olsun. Əsas danışığını bilsin. Yalandan özünə sənətkar deməkdən uzağıq. Bir dəfə verilişə getdim, digər qonağa razılaşdım. Amma veriliş boyunca bizə danışmağa imkan vermədi, hamıya söz atdı. Qalmaqala meyilli adam idi. Özünü apara bilməyən elə danışır ki, deyirsən sənət də, səs də bundadır. Milli musiqi ifaçıları yerini də bilir. Bu xalq Arif Babayev, Alim Qasımov, Ağaxan Abdullayev görüb".
Əməkdar artist Babək Niftəliyev isə aparıcılara xəbərdarlıq edib:
"Mən də özümə bəzi verilişlərə qadağa qoymuşam. Aparıcı dünən sənətə gələni, heç bir titulu olmayanı "sənətkar" kimi təqdim edir. Ona sual vermək lazımdır ki, akademiya, konservatoriya bitirmisən? Müəyyən kütlə cılız musiqinin arxasına düşüb. Bir dəfə verilişə getdim, qonaq xoşuma gəlmədi. Ondan sonra qərar verdim ki, dəvət alanda qonaqları soruşacağam. Əgər gedəndə sürpriz qonaq görsəm, çıxıb gedəcəyəm". (Axşam.az)