Vəfa Şərifovadan polisə şikayət edildi — VİDEO

ŞOU-BİZNES 17 iyun 2025, 18:50

Müğənni Aysel Manaflı həmkarı Vəfa Şərifovanın polisə şikayət edib. 

Axşam.az xəbər verir ki, buna səbəb Vəfanın Ayseli açıq-saçıq görüntüləri ilə şantaj etməsi olub. Aysel video yayaraq bildirib ki, Vəfa onun görüntülərinin əlində olduğunu iddia edir.

A.Manafova eyni zamanda V.Şərifovanın uşaqlarının atası, iş adamı Famil Xəlilovun da ona hədə-qorxu gəldiyini bildirib:

"Vəfa məni təhdid edir, şər atır ki, əlində oteldə çəkilən əxlaqsız görüntülərim var. Hətta onun bir neçə şəxsə göndərdiyini deyir. Ona dəfələrlə bildirdim ki, məni təhdid edirsən, böhtan atırsan. O isə israrla o videogörüntünün mənə məxsus olduğunu vurğulayır və mənim şərəf, ləyaqətimi alçaldır.

Hətta bu azmış kimi Vəfa Şərifovanın uşaqlarının atası, iş adamı Famil Xəlilov mənə şər ataraq yalan danışmaqda ittiham edir. Xahiş edirəm, haqq- ədalət bərqərar olunsun, hər iki şəxs cəzalandırılsın. Mənə etdikləri ilə bağlı əlimdə tutarlı sübutlarım da var".

Müğənni Vəfa ilə telefon danışığını yayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top