Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

İDMAN 17 iyun 2025, 21:17
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb.

"Report" xəbər verir ki, Elcan Hacıyev (90 kq) üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristoferə qalib gəlib.

Bununla da ikinci bürünc medal yığmanın aktivinə yazılıb. Ötən gün Zelim Tçkayev (81 kq) BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün tatami üzərinə çıxan Azərbaycanın daha bir cüdoçusu Vüqar Talıbov isə (90 kq) 1/32 finalda gürcüstanlı Luka Maysuradze uduzaraq yarışı mükafatsız başa vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 iyun 2025, 00:46
Top