İsrail Türkiyənin hava məkanını pozub.
SAVASHMEDİA.az Türkiyə məbuatına istinadən xəbər verir ki, hadisə İsrailin İrana hücum başlatdığı gecə qeydə alınıb.
Məlumata görə, İsrailin bəzi təyyarələrinin radara düşməsindən sonra Türkiyə “F-16”ları səmaya qalxıb.
Hava məkanını pozan İsrail təyyarələrinə xəbərdarlıq edilib. Nəticədə İsrail təyyarələri Türkiyə hava məkanını tərk edib.
Qeyd edək ki, İsrail 13 iyunda İrana hücuma keçib. Yəhudi dövləti hücumu İranın nüvə proqramına qarşı başlatdığını elan edib. İranın 6 nüvə alimi və 10-a yaxın generalı dəqiq zərbələrlə məhv edilib. İrandakı strateji mərkəzlər və hərbi obyektləri dağıdılıb. İran cavab tədbirləri görərək İsrailə raket hücumu həyata keçirib. Tərəflər arasındakı vəziyyət hələ də gərgin olaraq qalır.