İyunun 11-də, İsrailin "Yüksələn şir" əməliyyatından cəmi iki gün öncə, İranın paytaxtı Tehranın mərkəzində Araş Kamangirin heykəli ucaldıldı. Bu, sadəcə adi bir abidə deyil, həm simvolik, həm də ideoloji məna daşıyan bir hadisə, daha dəqiqi Azərbaycana təhdiddir. Heykəlin ən diqqətçəkən xüsusiyyəti onun oxunun Bakıya doğru yönəlməsidir.
Demokrat.az aznews.az-a istinadən xəbər verir ki, Araş Kamangir İran mifologiyasının qəhrəmanlarından biri hesab edilir. Bu yarı mifik fiqur İranın sərhədlərini genişləndirmək və ya qorumaq məqsədilə ox atan bir qəhrəman kimi təsvir olunur. Lakin maraqlıdır ki, Araş Kamangirin adına ilk dəfə 1950-ci illərdə solçu və Tudə partiyasına yaxın olan bir şair tərəfindən yer verilmişdi. Bu şair sonralar İranda üzləşdiyi siyasi təzyiqlərdən sonra Sovet İttifaqına qaçmışdı.
Araş Kamangir xüsusilə Pəhləvi dövründə, İran dövlətinin ideoloji simvoluna çevrilmiş və türklərə qarşı mübarizənin bir rəmzi kimi təqdim olunmuşdu. Pəhləvi hakimiyyəti dövründə yaradılmış irqçi mifologiya, türk köklərinə sahib olan azərbaycanlıları və Azərbaycanın müstəqil mövcudluğunu bir təhlükə olaraq görürdü.
Odur ki, heykəlin Bakıya ox atması, sadəcə təsadüfi bir detal sayıla bilməz. Bu, İran rejiminin Azərbaycanla bağlı mövqeyini nümayiş etdirmək üçün simvolik mesaj daşıyır.