"Xamenei yatdığı otaqları tez-tez dəyişsin, çünki..." — İsraildən ölüm təhdidi

GÜNDƏM 16 iyun 2025, 19:59
İranın ali dini lideri Əli Xamenei rahat yaşamamalı  və sağ qalmaq üçün gecələr yatdığı otaqları müntəzəm olaraq dəyişməlidir. 

Demokrat.az xəbər verir ki, bunu CBS telekanalına adının açıqlanmasını istəməyən İsrail rəsmisi deyib.

Adı açıqlanmayan İsrail rəsmisi bildirib ki, onlar prinsipcə siyasi liderlərə sui-qəsd təşkil etmirlər, bu baxımdan əsas diqqət nüvə və hərbi sahəyə məsul olan şəxslərə yönəlib.

Bununla belə o, İranın ali liderinin nüvə mövzusunda əsas qərar verənlərdən biri olduğuna diqqət çəkib.

Stat: “Məncə, İranın nüvə məsələsi ilə bağlı qərar verən heç kim rahat yatmamalıdır. Ona görə də Xameneiyə gecələr yataq otağını dəyişməyi tövsiyə edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top