“Ukrayna–Rusiya cəbhəsində savaş tam gücü ilə getsə də, diplomatiya hələ də işləmir. Baxmayaraq ki, tərəflər bir ay ərzində iki dəfə İstanbulda görüşdülər və qərarlar alındı. Xüsusən də əsirlərin və meyitlərin dəyişdirilməsi ilə bağlı addımlar atıldı. Lakin biz hələ də iki ölkə arasında anlaşmanı görmürük, danışıqlar dalana dirənib”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, ABŞ faktiki olaraq prosesdən çəkildiyini bildirib:

“Bu, prosesi çətinləşdirən amillərdən sayıla bilər. ABŞ bundan sonra Kiyevə dəstəyi davam etdirəcəkmi? Bunu demək çətindir. Düzdür, Bayden administrasiyasının qəbul etdiyi paketlər çərçivəsində yardım davam edir. Lakin bu paket bitdikdən sonra yeni dəstək paketləri açıqlanacaqmı? Bu da problemdir”.
Politoloq qeyd edib ki, Tramp hökuməti əslində bu savaşın yükünü Avropanın üstünə atmağa çalışır, bu baxımdan bir neçə ssenari baş verə bilər:
“Savaş tam gücü ilə davam etdirilə bilər, Rusiya daha çox ərazi əldə etməyə çalışa bilər. Hazırda ruslar bütün sərhəd boyu geniş hücumlara keçib. Xarkov, Dnepropetrovsk, Sumı istiqamətində hücumlara keçir, bununla da Ukraynanı kapitulyasiyaya məcbur etmək istəyirlər. Ukrayna buna gedəcəkmi? Bu, asılı olacaq ona verilən dəstəkdən. Prosesin uzanması Rusiyanın da maraqlarına uyğun deyil. Savaş davam etsə, Kiyevə Qərbdən verilən dəstək dayanmasa, bu, Kreml üçün problem deməkdir”.
Cavidan Mirzəzadə
Demokrat.az