Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

HADİSƏ 16 iyun 2025, 12:13
Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib.

Hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi 55 ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb. 

Həmin binanın 8-ci mərtəbəsindəki mənzildə yaşayan 2021-ci il təvəllüdlü Ayşə Samir qızı Süleymanova evin eyvanından yerə yıxılıb. Azyaşlı hadisə yerində vəfat edib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonunda 8 yaşlı oğlan uşağı da 8-ci mərtəbədən yıxılaraq həyatını itirmişdi.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 iyun 2025, 15:14
Top