Xalq artisti Emin Ağalarov əkizləri Əli və Mikayılla bağlı açıqlama yayımlayıb.
Axşam.az xəbər verir ki, sənətçi sosial media hesabında yayımladığı videoda oğullarına yetərincə vaxt ayıra bilməməsindən peşman olduğunu deyib:
"Uşaqlarım doğulanda bura onların ilk evi oldu. Azərbaycanda hamı oğlu olsun istəyir. Hələ həyat yoldaşım (keçmiş xanımı) hamilə olanda 2 oğlumun olacağını öyrəndim. Ona görə də mənim bəxtim ikiqat gətirdi. Onlar doğulandan sonra Moskvaya getdik. Övladlarım bu evdə iməkləməyi öyrəndilər. Beləcə 16 il keçdi. Onlar demək olar ki, boyda məndən hündürdülər. Bir tərəfdən onların böyüməyi ilə qürurlanıram. Digər tərəfdən peşmanam ki, onlara yetərincə vaxt ayıra bilmədim. Çünki işləyirdim, çox uçuşlarım olurdu. Lakin şadam ki, onlar tərbiyəli böyüdülər. Oğullarım dünyaya gələndə onları necə görmək istəyirdimsə, elə də oldu. Ümidlərimi doğrultdular. Ümid edirəm ki, onların da bütün arzuları reallaşacaq".
Qeyd edək ki, Eminin Əminə və Afina adlı iki qız da övladı var.