Gəncədə hamamda partlayış: 36 yaşlı qadın yanıq xəsarəti aldı

HADİSƏ 16 iyun 2025, 17:04
Gəncə sakini yanıq xəsarətləri alıb.

Demokrat.az xəbər verir ki, şəhər sakini 1989-cu il təvəllüdlü G.Əsgərova üz nahiyəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Məlumata görə, G.Əsgərova yaşadığı evin vanna otağında qazı (kalonkanı) yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə, o, yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top