Bakıda güclü külək ağacı qadının üzərinə aşırıb

HADİSƏ 15 iyun 2025, 19:27

Bakıda güclü küləyin təsiri nəticəsində qadının üstünə ağac aşıb.

Oxu.Az xəbər verir ki, hadisə Filarmoniya bağında qeydə alınıb.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13 radələrində Səbail rayonu ərazisindən bir nəfərin üzərinə ağac aşması hadisəsi səbəbi ilə çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub və hadisə yerində bir nəfərə (qadın cinsli) ilkin tibbi yardım göstərilib.

Qadın, sol bazunun travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top